
Fizioterapiya Cihazları
Ətraflı bax
Nömrənizi yazın, 15 dəqiqə ərzində əlaqə saxlayaq.
Spinal traksiya (onurğanın dartılması) fəqərələr arasındaki məsafəni açaraq disklərarası təzyiqi azaldan müalicə üsuludur. TLS yatağı bel və boyun nahiyələrinə idarəolunan dartma qüvvəsi tətbiq etməklə fəqərəarası disk yırtıqları, protruziyalar, osteoxondroz, radikulit və spondiloz zamanı ağrının azaldılmasına və sinir kökcüklərinin sıxılmasının yüngəllənməsinə kömək edir.
Yataq reabilitasiya mərkəzləri, fizioterapiya klinikaları və sanatoriyalar üçün nəzərdə tutulmuş peşəkar avadanlıqdır. Seanslar fizioterapevt və ya reabilitasiya mütəxəssisi tərəfindən seçilmiş qüvvə və müddət parametrləri ilə aparılır; istifadədən əvvəl əks-göstərişlər yoxlanmalıdır.
Gücləndirilmiş polad karkas, erqonomik yumşaq dəstəklər, boyun və bel üçün xüsusi fiksasiya kəmərləri və tutacaqlar seansın təhlükəsiz və rahat keçməsini təmin edir. Təmizlənməsi və dezinfeksiya edilməsi asan tibbi üzlük klinikalar üçün praktikdir.
MK 00747 məhsulunun nağd qiyməti 800 AZN-dir. İlkin ödənişsiz hissəli ödəniş: 12 ay ərzində ayda 90 AZN. INEX çatdırılma və quraşdırma, texniki servis, zəmanət və təlim imkanları barədə məlumat təqdim edir.